“Arsenal”ın yayda transferlər üçün ayıracağı məbləğ məlum olub.
90plus.az “The Times”-a istinadən xəbər verir ki, London klubu transferlərə 200 milyon funt-sterlinqdən artıq pul xərcləmək fikrindədir.
“Topçular”ın əsas hədəfləri “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays və “Brayton”dan Moyses Kaysedodur.
“Arsenal” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 81 xalla ikinci pillədə qərarlaşıb.