"Arsenal" yenə uduzdu!

İngiltərə Premyer liqasının 23-cü turunda "Aston Villa" ilə "Arsenal" klubları qarşılaşıblar.


90plus.az xəbər verir ki, matçı ev sahibləri minimal hesablı qələbə ilə başa çatdırıblar.

Oyunda yeganə qolu 2-ci dəqiqədə Olie Watkins vurub.


Onu da qeyd edək ki, londonlular ardıcıl 3 oyundur ki, qələbə üzünə həsrətdirlər.



0 comments