top of page

“Arsenal” “Şaxtyor”un yarımmüdafiəçisi ilə şəxsi razılıq əldə etdi

“Arsenal” “Şaxtyor”un (Donetsk) yarımmüdafiəçisi Mixailo Mudriklə müqavilə imzalamaq üçün şəxsi razılıq əldə edib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” 21 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqları davam etdirir. Digər Premyer Liqa təmsilçisi “Nyukasl” da “Ukraynalı Neymar” kimi tanınan gənc futbolçu ilə maraqlanır. Lakin şəxsi razılıq əldə edildiyi üçün “Arsenal” daha üstün tərəf sayılır.


Mudrik bu mövsüm Ukrayna Premyer Liqasında 12 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. O, həmçinin, UEFA Çempionlar Liqasında 6 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Futbolçunun “Şaxtyor”la müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.



0 comments
bottom of page