“Arsenal”ın mərkəz yarımmüdafiəçisi Tomas Partey zədələnib.
90plus.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu komandanın məşqi zamanı sıradan çıxıb.
Bu barədə “Arsenal”ın baş məşqçisi Mikel Arteta məlumat verib.
O, Parteyin bir müddət oynamayacağını bildirsə də, yaşıl meydanlara nə vaxt qayıdacağını açıqlamayıb. Futbolçu zədə səbəbindən, yığmaların oyunlarına görə yaranan fasilədə Qana millisinin düşərgəsinə də getməyəcək.
Partey bu mövsüm “topçular”ın heyətində bütün turnirlərdə 4 oyuna çıxıb.