
Transfer dönəmində yeni dayanacağı səbirsizliklə gözlənilən Eden Hazard hər kəsi təəccübləndirən sözlər deyib.
90plus.az GOAL-a istinadən xəbər verir ki, 32 yaşlı belçikalı ulduz qatıldığı bir sənədli film proqramında karyerasının qalan hissəsindən danışıb.
Ulduz aktyor açıqlamasında "Ailəm və dostlarımla bir neçə pivə içərək həyatdan həzz almağın vaxtıdır" deyib.
Hazard açıqlamasının futboldan gedəcəyi ilə bağlı söz-söhbətlərə səbəb olacağını bildiyini desə də, futbolu tərk etməsi ilə bağlı heç bir qəti söz işlətməyib.
Qeyd edək ki, belçikalı futbolçunun MLS və Səudiyyə Ərəbistanından təklif aldığı, lakin ulduz adının heç bir seçim etmədiyi xəbəri uzun müddətdir gündəmdədir