top of page

"Artıq qələbələr seriyasına başlamışıq" - Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya superkubokunun “Real” ilə final matçından sonra (3:1) futbolçularının durumu haqda danışıb.


90plus.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, oyunçularının üzərində əvvəlki təzyiqin olmadığını dilə gətirib:


“Bura “Barselona”dır. Gizlətməyəcəm: komandamın yaxşı oynamasını və ardıcıl qələbələr qazanmasını istəyirəm. Düşünürəm ki, “Real”la baş tutan son oyunda biz çox yaxşı çıxış etdik. Mən bu kluba bələdəm. Özümü evdə hiss edirəm.


Biz psixoloji cəhətdən balansı qoruyub saxlamalıyıq. Artıq qələbələr seriyasına başlamışıq. Superkubokun finalında qazandığımız qələbə bizim üçün çox vacib idi. Məncə, futbolçularımın üzərində olan təzyiq də artıq yox olub”.


Kataloniya təmsilçisi hazırda 41 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.



0 comments
bottom of page