Arteta üç klubu fərqləndirdi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqada mövsümün qalan hissəsi üçün planları haqda danışıb.

90plus"The Sun"a istinadən xəbər verir ki, o, hədəflərinin ilk dördlükdə yer almaq olduğunu deyib

“Təbii cədvələ baxsanız, ilk üçlükdə qərarlaşan komandalar ("Mançester Siti", "Liverpul" və "Çelsi" - red) çox sabitdirlər və tez-tez böyükhesablı qələbə qazanırlar.

Onlar digərlərindən daha yaxşı görünürlər və o viri komandalarla aralarında uçurum olduğu göz qabağındadır. Amma cədvəldə onları izləyən komandalar qrupu kifayət qədər bərabərdir və bu komandalar arasında elə də böyük fərq yoxdur. Ona görə də indi biz nəticələrdə sabitliyə nail olmalı və ilk dördlükdə yer almalıyıq”

0 comments