Arteta "Arsenal"ın skautlarından razı qalıb

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın skautlarının transfer bazarındakı fəaliyyətini qiymətləndirib.

90plus.az "topçular"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı ispan mütəxəssis komandanın transfer siyasətindən razı olduğunu dilə gətirib:


“Hazırda transfer bazarında vəziyyət gərgindir. Transfer baxımından görməli olduğumuz çox iş var idi. Nəticədə 16-17 futbolçunun keçidini reallaşdırdıq. Bu, böyük rəqəmdir. Klub əla çalışdı. Rəhbərlik hər an bizə dəstək oldu. Çox razıyam. İndi isə vacib olan futbolçuların oyun praktikası qazanmasıdır. Bəzi futbolçular hələ komanda ilə məşq etməyiblər. Yaxşı məşqçilərimiz var. Onlar yeni gələn futbolçuların komandaya uyğunlaşmasına kömək edəcəklər"


Xatırladaq ki, yay transfer pəncərəsində "Arsenal" tanınmış futbolçulardan yarımmüdafiəçi Martin Edeqor, qapıçı Aaron Remzey və müdafiəçi Ben Uaytı heyətinə cəlb edib.

0 comments