Arteta: "Hələ də məğlubiyyətin acısını çəkirəm"


"Arsenal"ın baş məşqçisi Mikel Arteta növbəti dəfə komandanın Avroliqada mübarizəsini dayandırması haqqında danışıb.


90plus.az BBC-yə istinadən xəbər verir ki, məşqçi hələ də bunun acısını çəkdiyini deyib:


"Mən bütün məsuliyyəti üzərimə götürürəm. Hələ də məğlubiyyətin acısını çəkirəm. Bunu mənim bədən dilimdən də görə bilərsiniz. Kiçik şeylər nəticəyə qərar verdi. Bu qədər yaxşı addım atdıq. Bəziləri görünür, bəziləri görünmür. Ancaq "Arsenal"ın təməli var".


Xatırladaq ki, "Arsenal" turnirirn yarımfinalında "Vilyarreal"a (1:2, 00) uduzaraq mübarizəni dayandırıb.

0 comments