"Çox gərgin oyun oldu. İlk hissədə istədiyimiz kimi çıxış edə bilmədik. Amma ikinci yarıda üstünlüyü ələ aldıq və qol vurduq"
Bu sözləri "Sabah"ın məşqçisi Artur Olenin "Neftçi"yə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransı zamanı deyib.
"Futbolçulara dəstək verdik. Dedik ki, çox şeylər edə bilərsiniz, meydana çıxın və oyunu həll edin. Bir daha deyirəm, bu qələbə çox önəmli idi. Bunu "Sabah" azarkeşlərinə həsr edirəm. Çalışacağıq ki, hər oyunda qalib gələk. Bu qələbə bizim üçün bir təkan olacaq" - deyə məşqçi əlavə edib.