top of page

Arturo Vidal at belində, qılınc əlində stadiona daxil olur


Arturo Vidalın yeni klubu "Kolo-Kolo"da (Çili) maraqlı təqdimat mərasimi olub.


90plus.az xəbər verir ki, o, yetirməsi olduğu klubun meydançasına helikopterlə gəlib. 


Daha sonra meydana əlində qılınc, at belində və cəngavər geyimində çıxan yarımmüdafiəçi tədimat mərasiminə gələn 35 min azarkeşi salamlayıb. O, çıxış edərkən göz yaşlarını saxlaya bilməyib.


VİDEO:


Qeyd: "Yuventus", "Bavariya", "İnter" və "Barselona"da da çıxış etmiş Çili millisinin üzvü 17 ildən sonra "Kolo-Kolo"ya qayıdıb.

0 comments
bottom of page