Artyom Dzyubadan rekord!



Futbol üzrə Rusiya Premyer Liqası tarixinin bombardiri dəyişib.

"90plus"un məlumatına görə, bu ada "Zenit"in futbolçusu Artyom Dzyuba sahib çıxıb.

33 yaşlı hücumçu Premyer Liqanın XXX turunda "Tambov"la səfər matçının 11-ci dəqiqəsində hesabı açmaqla buna nail olub. Forvard 134-cü qolunu vuraraq Sankt-Peterburq təmsilçisinin sabiq oyunçusu Aleksandr Kerjakovu qabaqlayıb.

"Tambov"la oyun "Zenit"in 4:1 hesablı qələbəsi ilə bitib. Dzyuba həmin görüşdə "poker" edib.

Qeyd edək ki, "Zenit" daha əvvəl Rusiya çempionluğunu təmin edib. Rusiya Premyer Liqası 2002-ci ildən keçirilir.

0 comments

Recent Posts

See All