top of page

“Arzularım qəbul olundu” – Modriç

Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç DÇ-2022 haqda fikirlərini bölüşüb.


90plus.az “Sportske”-yə istinadən xəbər verir ki, o, xorvatiyalıların paytaxt Zaqrebdə milli komandanın üzvlərini qarşılamasını bu sözlərlə ifadə edib:


“Təəssüratlarımız təzədir. Arzularım qəbul olundu. Nə deyə bilərəm? Fantastika! Yerli əhalinin bizi belə qarşılayacağını bilirdik. Lakin düzünü desəm, həmin gecə çox soyuq olduğu üçün izdihamın olacağını gözləmirdim. Bu, həqiqətən, bizə çox təsir etdi. Xalqımızın sevgisini duyuruq. Onlar bizim güc və motivasiya mənbəyimizdir.


Yanımızda xoşbəxtliyi bölüşəcək kimsə yoxdursa, kubok və medallar nəyə lazımdır? İnsanların üzündəki xoşbəxtliyi görəndə uğurumuzun mahiyyətini daha da yaxşı anlayırıq”.


Xorvatiya millisi DÇ-2022-də üçüncülük uğrunda matçda Mərakeşi məğlub edərək (2:1), bürünc medala sahib çıxıb.

0 comments
bottom of page