top of page

“Arzum, “Milan”la oynamaqdır” - Bəhlul Mustafazadə


"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasında "Hekken"i məğlub edərək pley-offa yüksəldikləri matçdan (2:1) sonra jurnalistlərə açıqlama verib.

90plus.az xəbər verir ki, müdafiəçi əvvəlcə oyunun çətin keçdiyini deyib: “Gərgin oyun oldu. İkinci hissənin çoxunu azlıqda keçirdik. Buna baxmayaraq, qələbə qazanmaq istəyirdik və qazandıq. Qələbə ilə birlikdə pley-offa vəsiqə qazana bildik. Çox böyük xoşbəxtlik keçiririk. Bunun davamını gətirmək üçün çalışacağıq”.


O, pley-offda arzuladığı rəqibi də qeyd edib:


“Arzum, əlbəttə ki, “Milan”la oynamaqdır, amma fərq etməz hansı gələcək. Hamısı güclü rəqiblərdir. Hansı ilə düşsək, maksimum nəticə üçün çalışacağıq”.


Qeyd edək ki, 10 xalla qrupu 2-ci pillədə başa vuran "Qarabağ" 1/16 finalda bu komandalardan birinə rəqib olacaq:


“Qalatasaray” (Türkiyə),

“Lans” (Fransa),

“Braqa” (Portuqaliya), 

“Benfika” (Portuqaliya), 

“Feyenoord" (Niderland),

“Yanq Boyz" (İsveçrə),

"Milan" (İtaliya)

 "Şaxtyor"a (Ukrayna).


Bu mərhələnin püşkatma mərasimi dekabrın 18-də keçiriləcək.

0 comments
bottom of page