"Asan təslim olmayacağıq, öz oyunumuzu oynayacağıq"


“İspaniya ilə oyuna hazırlığımız davam edir. İlk oyunda Gürcüstan yığmasına məğlub olduq. Təbii ki, belə olmasını istəməzdik. Bərabər səviyyədə keçən bir oyun idi. Sonda penaltidən buraxdığımız qolla uduzduq. Artıq bu oyunu yaddan çıxarmağa çalışırıq".


90plus.az xəbər verir ki, bu sözləri futzal millimizin qapıçısı Emin Kürdov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.


O, Avropa çempionatının final mərhələsi çərçivəsində qarşılaşacağı İspaniya ilə oyun barədə də fikirlərini bildirib: "Qarşıda İspaniya millisi ilə oyun var. Bu komanda nəinki bizim qrupun, hətta turnirin əsas favoriti hesab olunur. Bu rəqiblə oyuna ciddi hazırlaşırıq. Asan təslim olmayacağıq, öz oyunumuzu oynayacağıq. Hələ qrupdan çıxmaq şansımız var. Müharibə davam edir. Sonadək mübarizə aparacağıq. Azərbaycan xalqını, millətimizi sevindirməyə çalışacağıq”

0 comments