top of page

Asensio "Valensiya" ilə matçdan danışdı

“Real”ın yarımmüdafiəçisi Marko Asensio İspaniya superkubokunun yarımfinal mərhələsinin “Valensiya” ilə matçını (1:1, penaltilər 4:3) dəyərləndirib.


90plus.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, görüşün çətin keçdiyini vurğulayıb:


“Çətin oyun idi. Biz artıq finaldayıq. Burada olmaq istəyirdik. Daha bir titul qazanacağıq. İkinci hissəyə intensiv başlamağa çalışdıq. “Valensiya” planlarımızı alt-üst etdi. Biz təzyiq göstərdik. Penaltilər seriyasında qalib gəldiyimiz və finalda oynayacağımız üçün şadam”.


“Kral klubu”nun finalda rəqibi “Betis” – “Barselona” matçından sonra bəlli olacaq.



0 comments
bottom of page