
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Avstriya oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma martın 25-də Xorvatiyanın Varazdin şəhərindəki Varteks stadionunda keçiriləcək.