Asiya Çempionlar Liqasının qalibi bəlli olub!

Asiya Çempionlar Liqasının qalibi bilinib. 90plus.az xəbər verir ki, finalda Cənubi Koreya təmsilçisi "Pohang Seelers"lə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubları qarşılaşıb. 2:0 hesablı qələbə qazanan "Əl-Hilal" tarixində 4-cü dəfə Asiya Çempionlar Liqasının qalibi olub. Səudiyyə Ərəbistanı klubu bu nəticədən sonra 2022-ci ilin yanvarında keçiriləcək klublararası dünya çempionatına vəsiqə qazanıb.




0 comments