top of page

Asiya Çempionlar Liqasl: 1/8 final cütləri onlardır


Malayziyada Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

90plus.az xəbər verir ki, püşkün nəticəsinə əsasən Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası bu ölkənin başqa bir təmsilçisi “Əl-Feyha” ilə üz-üzə gələcək.


Braziliyalı Neymarın klubu “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) isə “Sepahan”la görüşəcək.


1/8 finalda aşağıda qeyd edilən cütlüklər qarşılaşacaq:


Qərb (ilk oyunlar 12 və 13 fevral, cavab matçları 19 və 20 fevral)

"Nasaf" (Özbəkistan) - "Əl-Ayn" (Birləşmiş Ərəb Əmirlikləri)

“Əl-Feyha” (Səudiyyə Ərəbistanı) - “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı)

“Sepahan” (İran) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)

"Navbahor" (Özbəkistan) - "Əl-İttihad" (Səudiyyə Ərəbistanı)


Şərq (ilk oyunlar 13 və 14 fevral, cavab matçları 20 və 21 fevral)

“Jeonbuk Hyundai Motors” (Cənubi Koreya) - “Pohang Steelers” (Cənubi Koreya)

"Ulsan Hyundai" (Cənubi Koreya) - "Wanfore Kofu" (Yaponiya)

“Şandunq Tayşan” (Çin) - “Kawasaki Frontale” (Yaponiya)

“Banqkok Yunayted” (Tayland) - “Yokohama F.Marinos” (Yaponiya)

0 comments
bottom of page