2023-cü ildə keçiriləcək Asiya Kubokuna ev sahibliyi edəcək ölkə məlum olub.
90plus.az xəbər verir ki, yarış iyun və iyul aylarında Qətərdə təşkil olunacaq. Bu barədə Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Qətər bu il keçiriləcək dünya çempionatına da ev sahibliyi edəcək. Mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.