top of page

Asiya Kubokunun gəliri Fələstin xalqına bağışlanacaq!


Asiya kubokunun matçlarına olan bilet satışının gəliri Fələstin xalqına yardım olaraq bağışlanacaq.

90plus.az sportstar-a istinadən xəbər verir ki, Qətər Futbol Assosiasiyasının rəhbəri Şeyx Həməd bin Xəlifə Al Tani bu barədə deyib:


Fələstində baş verən son hadisələri nəzərə alaraq, bu çətin dövrdə qardaş və bacılarımıza dəstək olmaq üçün bütün lazımi yardımı göstərməliyik. Beləliklə, Qətərdə keçirilən Asiya kubokunda bilet satışından əldə olunan gəliri Fələstinə bağışlamaq qərarına gəldik. Yardım göstərən tərəfdaşlarımızla işləyərək, bu birgə sosial təşəbbüsün ən çox zərər çəkənlərə fayda verəcəyinə və futbolun insanlara ən çətin anlarda dəstək mexanizmi kimi öz rolunu yerinə yetirəcəyinə əmin olacağıq”.


Qeyd edək ki, Asiya kubokunun oyunları 2024-cü il yanvarın 12-dən fevralın 10-dək Qətərdə keçiriləcək.

0 comments
bottom of page