Asiyada May və İyun aylarında ki oyunlar təxirə salındı

Asiya Futbol Konfederasiyası (AFC) koronavirus pandemiyasına görə may və iyun ayında keçirilməsi nəzərdə tutulan bütün qarşılaşmaları ləğv edib.



90plus.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Asiya ölkələrində pandemiyaya görə tətbiq olunan səyahət məhdudiyyətlərini nəzərə alan AFC may və iyun aylarında keçirilməsi planlaşdırılan bütün oyunları və yarışları təxirə salmağı qərara alıb.


Xatırladaq ki, AFC daha öncə koronavirusa görə mart və aprel aylarında keçirilməsi nəzərdə tutulan qarşılaşmaların da təxirə salındığını açıqlamışdı.

0 comments