top of page

Aspilikueta bu göstəricidə "Çelsi"də ilk əcnəbi oyunçu oldu

“Çelsi”nin futbolçusu Sesar Aspilikueta London klubunda 500-cü oyununa çıxıb.


90plus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bunu İngiltərə Premyer Liqasının 21-ci turunda “Liverpul”la matçda iştirak etməklə bacarıb. İspan oyunçu klub tarixində 500-cü oyuna çıxan 6-cı və ilk əcnəbi futbolçu olub.


Qeyd edək ki, “Liverpul” - “Çelsi” görüşü qolsuz bərabərliklə başa çatıb.



0 comments
bottom of page