
"Aston Villa"nın hücumçusu Kemeron Arçer "Midlsbro"ya keçib.
90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçusunu aşağı liqa klubuna icarəyə verib.
21 yaşlı forvard 2023-cü il mayın 31-nə qədər “Mildlsbro”da oynayacaq.
Arçer bu mövsüm "Aston Villa"nın heyətində 7 oyun keçirmişdi.
Birmingem klubunun yetirməsi olan ingilisin transfer dəyəri 8 milyon avrodur.