top of page

“Aston Villa”ya gələndən bəri hər şeydən həzz alıram”

“Aston Villa”nın baş məşqçisi Unay Emeri klubun qış transfer pəncərəsi ilə bağlı planlarından danışıb.


90plus.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, oyunçularından razı olduğunu bildirib:


“Futbolçularımdan razıyam. Lakin bir və ya iki oyunçu yanvarda klubu tərk edə bilər. Biz də inkişaf etmək istəyirik. Komandanın düzgün istiqamətdə irəlilədiyini görürəm. “Aston Villa”ya gələndən bəri hər şeydən həzz alıram. Hələ də razıyam.


Fakt odur ki, yanvarda komandanı gücləndirəcək birini tapmaq çətin məsələdir. Buna baxmayaraq, çalışacağıq. İndi bizim üçün oynayan futbolçular çox vacibdir. Çünki transfer pəncərəsi açılana kimi qarşıda bizi iki ciddi oyun gözləyir”.


“Aston Villa” İngiltərə Premyer Liqasında 15 oyundan sonra 18 xal toplayaraq, 12-ci yerdə qərarlaşıb.

0 comments
bottom of page