Ata olacağı üçün Azərbaycana gəlmək istəmədi

Futbol üzrə Lüksemburq yığmasının qapıçısı Ralf Şonun DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı oyun üçün heyətə salınmamasının səbəbi bəlli olub.

90plus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Luk Holts mətbuat konfransında bildirib.


Holts, 31 yaşlı qolkiperin tezliklə ata olacağı üçün toplanışa qatılmayacağını söyləyib:


“Şon həyat yoldaşının yanında olmaq istədiyindən, Azərbaycana səyahət etməyəcək”.


53 yaşlı mütəxəssis Norveçin “Brann” klubunda çıxış edən Lars Jersonun zədəli olduğunu xatırladıb:

“Bu, həm futbolçu, həm də bizim üçün yaxşı hal deyil. Çünki mən onu özümlə aparmaq istəyirdim. Jerson ən qısa zamanda sıraya dönməkdən ötrü çalışmalıdır”.

Noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan üç gün sonra İrlandiyanı qəbul edəcək.

0 comments