"Atalanta" Çempionlar Liqasına vəsiqə qazandı

"Atalanta" növbəti mövsüm üçün Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

90plus.az xəbər verir ki, komanda bunu A seriyasının 37-ci turunda "Cenoa"ya qalib gəlməklə (4:3) rəsmiləşdirib. "Atalanta" bu qələbə ilə xallarının sayını 78-ə çatdırıb. Can Pyero Qasperinin komandası 2-ci pillədə qərarlaşır. Beləliklə, "Atalanta" ardıcıl 3-cü mövsüm ÇL-də mübarizə aparacaq.

Qeyd edək ki, "İnter" artıq A seriyasında çempionluğu təmin edib.

0 comments