"Atalanta" qalib gələrək turnir cədvəlində irəlilədi!



Futbol üzrə İtaliya A Seriyasında XXXI turun mərkəzi görüşlərindən biri "Atalanta" və "Yuventus" komandaları arasında keçirilib.


"90plus"un məlumatına görə, Berqamo şəhərindəki "Geviss" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 87-ci dəqiqədə ukraynalı yarımmüdafiəçi Ruslan Malinovski vurub.


Qeyd edək ki, bu görüşdə Kriştianu Ronaldu zədəli olduğu üçün "Yuventus"a kömək edə bilməyib.

0 comments