“Atalanta” baş məşqçi Can Pyero Qasperiniyə yeni müqavilə təklif etməyə hazırdır.
90plus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Berqamo təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssislə sözləşmənin müddətini 2025-ci ilə qədər uzada bilər.
Qasperininin İtaliya klubu ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
“Atalanta” ölkə çempionatında 2022/23 mövsümünü 64 xalla 5-ci pillədə bitirib. Onlar qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edəcəklər.