top of page

"Atalanta" rəqibinin daşını daş üstündə qoymadı


"Atalanta" 18-ci turda əzici qalibiyyət əldə edib. 90plus.az xəbər verir ki, "Berqamolu"lar "Salernitana"nı qəbul edib. Görüş ev sahiblərinin 8-2lik qalibiyyəti ilə bitib. Görüşdə "Atalanta"dan Boqa, Skalvini, Koopmayners, Lukman (2), Höylund, Ederson və Zortea fərqlənibsə, "Salernitana"nın qollarını Dia və Nikolussi vurub.


Bununla da "Atalanta" 18 oyuna 34 xal toplamaqla 6-cı yerə yüksəlib. Qeyd edək ki, bu hesab "Salernitana"nın meksikalı qapıçısı Gilerme Oçoa üçün antirekord olub.

0 comments
bottom of page