top of page

Atdan yıxılaraq komaya düşən qapıçı evə buraxıldı

PSJ-nin futbolçusu Serxio Riko qəzadan 82 gün sonra xəstəxanadan buraxılıb.


90plus.az xəbər verir ki, o, mayın 28-də İspaniyada at sürərkən başından zədə alıb. Serxio atdan yıxılıb və at onu təpikləyib. 29 yaşlı qolkiperin beyin qanaması olub. Futbolçu təxminən 3 həftə komada qalıb .


Rikonun futbola qayıtmasının çətin olduğu iddia edilir . Xəstəxanada keçirdiyi müddətdə Serxio 20 kq-dan çox arıqlayıb və əzələ kütləsini itirib, nitqində problemlər yaranıb.


Bu gün Riko Sevilyadakı Virgen del Rokio xəstəxanasından buraxılıb. Qapıçının həyat yoldaşı Alba Silva sosial şəbəkədə evə qayıtdıqlarını bildirib.


Riko sonuncu dəfə 2022-ci ilin mayında icarə əsasında "Malyorka"da oynadığı vaxt meydana çıxıb. Onun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.



0 comments
bottom of page