top of page

"Atlanta Yunayted" Messinin qol vurduğu 100-cü komanda oldu

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Şimali Amerika Liqa kubokunun 2-ci turunda dubla imza atıb və məhsuldar ötürmə edib.


90plus.az xəbər verir ki, “İnter Mayami” doğma meydanda “Atlanta Yunayted”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.


“Atlanta Yunayted” Messinin qol vurduğu 100-cü komanda olub.


36 yaşlı hücumçu yeni komandasında əvvəlki matçda 54-cü dəqiqədə meydana daxil olmuşdu. O, əlavə vaxtda, cərimə zərbəsi ilə “İnter Mayami”yə qələbə qazandırmışdı.



0 comments
bottom of page