
“Qəbələ” heyətinə yeni futbolçu qatıb. 90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalayıb. Bu, "qırmızı-qaralar"ın yay fasiləsində ilk legioner transferidir. İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.