"Atletiko" 4-cü yerdə!


İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir. 90plus.az xəbər verir ki, bu gün “Atletiko” öz meydanında “Qranada” ilə qarşılaşıb. Görüş Madrid klubunun qələbəsi ilə başa çatıb – 1:0.

“Atletio” (Madrid) – “Qranada” – 1:0 Qol: Adrian Korrea, 6

Bu qələbədən sonra Dieqo Simeonenin komandası 3 pillə irəliləyərək 39 xalla 4-cü yerə yüksəlib. "Qranada" 30 xalla 10-cudur.

0 comments

Recent Posts

See All