top of page

“Atletiko”dan keçmiş klubuna qayıdır

“Atletiko”nun futbolçusu Mett Doherti keçmiş klubu “Vulverhempton”a keçə bilər.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı irlandiyalı müdafiəçi ilə sövdələşmə davam edir. Futbolçu artıq tibbi müayinədən keçib.


Doherti bu ilin yanvarında “Tottenhem”dən “Atletiko”ya keçib. O, “Atletiko”ya keçəndən bəri bütün yarışlarda 6 oyuna çıxıb.


Futbolçu 2010-2020-ci illərdə “Vulverhempton”da forma geyinib.

0 comments
bottom of page