top of page

"Atletiko"dan Slovakiyaya


“Atletiko” futbolçusu İvan Şaponyiçlə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. 90plus.az xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını Slovakiyada davam etdirəcək. O, “Slovan” klubuna keçib. Bu barədə Bratislava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şaponyiç yeni klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Qeyd edək ki, 2019-cu ilin yayından “Atletiko”da çıxış edən serbiyalı hücumçu Madrid təmsilçisində cəmi 5 oyuna çıxıb.

0 comments
bottom of page