top of page

“Atletiko Madrid” 1 ildən sonra öz evində uduzdu


İspaniya kubokunda yarımfinalın ilk oyunlarından birində "Atletiko Madrid" doğma meydanında "Atletik Bilbao" ilə üz-üzə gəlib.


90plus.az xəbər verir ki, matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb:


Atletiko Madrid 0-1 Atletik Klub


Berenguer 25'


Qol:


Bu oyunla Madrid klubunun evdə qazandığı 28 oyunluq məğlubiyyətsizlik seriyası sona çatıb. Komanda sonuncu dəfə öz stadionunda yalnız ötən ilin yanvar ayında "Barselona"ya məğlub olmuşdu.

Həmin vaxtdan bəri Dieqo Simeonenin kollektivi 26 dəfə qalib glmişdi, 2 dəfə heç-heçə etmişdi.


Qeyd: Onlar arasında cavab matçı fevralın 29-da olacaq.



0 comments
bottom of page