top of page

"Atletiko Madrid" Adama Traore ilə maraqlanır

“Atletiko” “Vulverhempton”un hücumçusu Adama Traore ilə maraqlanır.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq bu ilin yayında futbolçunun azad agent statusunda mümkün keçidiylə bağlı ilkin danışıqları aparıblar.


27 yaşlı futbolçu çətin ki, “Vulverhempton”la müqaviləni yeniləsin.

Traore 2022/23 mövsümündə “Vulverhempton”un heyətində bütün yarışlarda 27 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.



0 comments
bottom of page