top of page

"Atletiko Madrid"də ayrılıq yaşanır


"Atletiko"nun baş məşqçisi Dieqo Simeone yayda istefaya yollanacaq.

90plus.az "Telegraph Football" portalına istinadən xəbər verir ki, yeni mövsüm üçün argentinalı məşqçi Madrid klubunda qalmayacaq.

Tərəflərin əməkdaşlığa son qoymaq qərarına gəldikləri iddia olunur.

Simeone 2011-ci ildən "Atletiko"ya rəhbərlik edir.

İspaniya klubunun indidən yeni baş məşqçi axtarışına çıxdığı bildirilir.

0 comments
bottom of page