
"Atletiko"nun müdafiəçisi Reynildu Mandava fevralın 25-də La Liqanın 23-cü turunda "Real"a qarşı derbidə (1:1) aldığı zədə səbəbindən 8 aya qədər yaşıl meydanlardan uzaq qalacaq.
90plus.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Tibbi müayindən keçən 29 yaşlı futbolçunun sağ dizində yırtıq aşkarlanıb. Əməliyyat olunan oyunçunun bərpa müddəti 8 aya yaxın çəkəcək.