"Atletiko" baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müddətini uzatmaqla razılığa gəlib.
90plus.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Gələcək həftələrdə müqavilənin rəsmən elən ediləcəyi gözlənilir. Argentinalı mütəxəssisin müqaviləsini daha üç mövsüm uzadacağı və 2026/27 mövsümünün sonuna qədər Madrid klubunda qalacağı bildirilir.
Qeyd edək ki, 53 yaşlı məşqçi 2011-ci ilin qışından "Atletiko"nu çalışdırır.
