"Atletiko" heyətinə yeni futbolçu qatıb.
90plus.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Selta"nın müdafiəçisi Xavi Qalanı transfer edib. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qalan 2021-ci ildən "Selta"da oynayırdı. İspaniyalı oyunçu 2022/2023 mövsümündə bütün turnirlərdə 40 oyuna çıxıb, 1 qol vurub və 4 qolun ötürməsini verib.
