"Atletiko Madrid"in 14 yaşlı azarkeşi çempionluğu qeyd edərkən vəfat etdi!



İspaniya çempionluğunu qeyd etdikləri vaxt "Atletiko"nun 14 yaşlı azarkeşi ölüb.

"90plus"un məlumatına görə, Madridin mərkəzinə doğru hərəkət edən qoşqunun pəncərələrindən öz dostları ilə birgə içəri girməyə cəhd edən yeniyetmə fanat yeraltı parkinq qurğusuna çırpılıb. Bunadək sürücü bir neçə maneə qurğusunu aşırıb.

Hadisə yerinə təcili yardım maşını çatdırılsa da, onun faciəvi ölümünü qeydə alınıb. Yeniyetmənin ürəyi dayanıb. Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.

Qeyd edək ki, "Real Madrid" 2020/2021 mövsümünü 38 oyundan 86 xalla birinci yerdə başa vurub və ən yaxın izləyicisi "Real Madrid"i 2 xal geridə qoyub. Üçüncü yeri 79 xalla "Barselona" tutub.

0 comments