"Atletiko Madrid"in oyunçusu sərt cəza alıb!

UEFA İspaniyanın "Atletiko" klubunun futbolçusu Stefan Saviçi cəzalandırıb.


"90plus"un məlumatına görə, buna monteneqrolu müdafiəçinin İngiltərədə "Çelsi"yə 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında qırmızı vərəqə alaraq meydandan qovulması və qarşılaşmanın baş hakimi Daniele Orsatonu təhqir etməsi səbəb olub.



30 yaşlı oyunçu görüşün 82-ci dəqiqəsində London klubunun futbolçusu Antonio Rudigeri dirsəyi ilə vurub. Bunu aqressiv hərəkət kimi dəyərləndirən UEFA-nın Nizam-intizam komitəsi Saviçi avrokuboklardan 4 oyunluq diskvalifikasiya edib.


Qeyd edək ki, "Atletiko" ilk görüşdə də rəqibinə 0:1 hesabı ilə uduzmuşdu.

0 comments

Recent Posts

See All