
Memfis Depay "Atletiko Madrid"ə transfer oluna bilər. 90plus.az "Marka"ya istinadən xəbər verir ki, Madrid klubu onu transfer etmək haqqında düşünür. "Atletiko Madrid" onu Joao Feliksin əvəzinə transfer etməyi düşünür.
Qeyd edək ki, bu transferə Dieqo Simeone şəxsən razılıq verib. Argentinalı baş məşqçi Feliks və Kunyadan boşalan vakansiyanı Memfis Depayla doldurmaq istəyir.
Depay 2021-ci ildə "Barselona"ya keçid edib. O, buna qədər PSV, "Mançester Yunayted" və "Lyon"da forma geyinib.