“Atletiko" baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzatmaq qərarına gəlib.
90plus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Tərəflər arasında danışıqlar oktyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı aparılacaq.
Klubun argentinalı mütəxəssislə müqaviləni 2026-cı ilə qədər uzatmağı planlaşdırdığı bildirilir.
Qeyd edək ki, 53 yaşlı məşqçi 2011-ci ilin qışından Madrid təmsilçisini çalışdırır.
