"Atletiko" "Racinq Montevideo"nun mərkəz müdafiəçisi Santyaqo Mourinyonu heyətinə qatıb.
90plus.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı uruqvaylı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2022/2023 mövsümündə Mourinyo "Rasinq Montevideo"da bütün yarışlarda 14 oyuna çıxıb.
Xatırladaq ki, "Atletiko" bundan əvvəl "Çelsi"dən Sesar Aspilikuetanı transfer edib.
