top of page

"Atletiko Madrid" öz meydanında "Xetafe" ilə heç-heçə etdi

İspaniya La Liqasının 20-ci turunda "Atletiko Madrid" "Xetafe" ilə qarşılaşıb.


90plus.az xəbər verir ki, “Metropolitano”da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.


"Atletiko Madrid" 60-cı dəqiqədə Anxel Korreanın qolu ilə önə keçib.


"Xetafe" 83-cü dəqiqədə Enes Ünalın penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. 25 yaşlı milli hücumçu liqada 20-ci oyununda 6-cı qolunu vurub.


Qeyd edək ki, bu nəticədən sonra "Atletiko Madrid" xallarını 35-ə yüksəldib, 4 matçlıq xal həsrətinə son qoyan "Xetafe" isə xallarını 18-ə yüksəldib.


"Atletiko Madrid" gələn həftə "Selta"nın qonağı olacaq. "Xetafe" doğma meydanda "Rayo Valyekano"nu qəbul edəcək.



0 comments
bottom of page