“Atletiko”nun hücumçu Joao Feliks üçün tələb etdiyi məbləğ məlum olub.
90plus.az “Daily Record”-a istinadən xəbər verir ki, Madrid klubu 23 yaşlı portuqaliyalının transferindən 100 milyon funt-sterlinqdən çox gəlir əldə etmək istəyir.
Feliks 2019-cu ildən “Atletiko”da çıxış edir. O, 2022/23 mövsümünün ikinci hissəsində “Çelsi”də icarə əsasında forma geyinib. Futbolçu bu ilin iyulunda “Barselona”ya keçmək arzusunda olduğunu demişdi.