top of page

“Atletiko”nun futbolçusu mövsümlə erkən vidalaşdı

"Atletiko"nun futbolçusu Reynildo Mandava zədələnib.


90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi "Real"la 1:1 hesablı heç-heçə etdikləri oyunda sıradan çıxıb. O, meydanı xərəkdə tərk edib. Bu vaxt Mandava göz yaşlarını saxlaya bilməyib.


Bildirilir ki, Mandavanın zədəsi ciddidir. Futbolçuya sağ diz bağının yırtığı diaqnozu qoyulub. Mandava üçün mövsüm erkən başa çatıb. O, 2022/23 mövsümünün sonadək meydana çıxa bilməyəcək.


Qeyd edək ki, Reynildo bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə 33 oyuna çıxıb.

0 comments
bottom of page